Top.Mail.Ru

İDMAN

Çempionlar Liqası: Qrup mərhələsinin son 3 iştirakçısı bəlli olur

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına yekun vurulacaq.

“Report”un məlumatına görə, bununla da qrupa son 3 vəsiqənin sahibi bəlli olacaq. Hər üç qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Fransadakı ilk oyunda “Monako”ya 1:0 hesabı ilə qalib gələn Ukraynanın “Şaxtyor” (Donetsk) klubu minimal üstünlüyünü evdə də qorumağa çalışacaq.

Loading...
Yazının davamı reklamdan sonra

Moldova “Şerif”i Xorvatiyada Zaqreb “Dinamo”sunun qonağl olacaq. Evdəki oyunda 3:0 hesablı qələbə qazanan Tiraspol təmsilçisi cütün taleyini demək olar ki, həll edib.

Digər matçda isə “Bröndbü” Danimarkada Avstriya “Zalsburq”u ilə üz-üzə gələcək. Meydan sahibləri ilk görüşdə 1:2 hesabı ilə uduzub.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

23:00. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Monako” (Fransa)

İlk oyun – 1:0

23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Şerif” (Moldova)

İlk oyun – 0:3

23:00. “Bröndbü” (Danimarka) – “Zalsburq” (Avstriya)

İlk oyun – 1:2

Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin püşkü avqustun 26-da atılacaq.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button