Top.Mail.Ru

İDMAN

Azərbaycanlı olimpiya çempionu: “Dəstəyinizə ehtiyacım var”

“Sizə məlumat vermək istəyirəm ki, sabah analizləri dəyişdirməkdə ittiham olunduğum iş üzrə dinləmələr olacaq”.

“Report” xəbər verir ki, bunu Qazaxıstanı təmsil edən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov şəxsi instaqram hesabında yazıb.

28 yaşlı idmançı 2016-cı ildə dopinq-test üçün verdiyi sidik analizini dəyişdirməkdə günahlandırılır. Rəhimov bildirib ki, yanvardan etibarən federasiya təcrübəli vəkillərlə birgə ona kömək edir: “Hazırda bu barədə yazmaq asan deyil. Amma bu gün həmişə olduğundan daha çox dəstəyinizə ehtiyacım var. Dinləmələrin nəticəsinin necə olacağı yalnız Allah bilir. Məni diskvalifikasiya edəcəklərmi? Olimpiya medalından məhrum olunub-olunmayacağımı da bilmirəm. Amma bir şeyi demək istəyirəm. Hər zaman qaydalarda yazıldığı kimi hərəkət etmişəm. Bütün bunların necə baş verməsi onu həyata keçirənlərin və sifariş edənlərin vicdana qalıb”.

Loading...
Yazının davamı reklamdan sonra

Ağırlıqqaldıran olimpiya oyunları zamanı və yarışdan əvvəl test verdiyini xatırladıb: “Həmin vaxt qayda pozuntusu aşkarlanmayıb. Üstündən beş il keçəndən sonra bu məsələnin ortaya çıxması ədalətsizlikdir. Ağırlıqqaldırma mənim həyatımla bağlıdır. Kifayət qədər çətin işdir. Bir gün belə seçimimə görə təəssüflənməmişəm. Özümə, bu idman növünə və nəçə ildir ki, əhatəmdə olan insanlara hörmət edirəm. Əminəm ki, siz nəinki zəfər anında yanımda olmusunuz, həm də çətin vaxtımda məni dəstəkləyirsiniz. Sizlər və Qazaxıstan üçün qalib gəlməyə gücüm var”.

Qeyd edək ki, Nicat Rəhimov 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya çempionu, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub. Ağırlıqqaldıran Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button