Ronaldu Azərbaycan millisi ilə oyundan əvvəl problemlə üzləşib
25 Avqust 2021 14:54
18
İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu komandanın məşqini yarımçıq tərk edib.
“Report”un məlumatına görə, 35 yaşlı hücumçu sol qolundan xəsarət aldığı üçün hazırlıq prosesini sona çatdıra bilməyib.
Portuqaliyalı oyunçu klub həkimlərinin müşayiəti ilə məşq sahəsindən ayrılıb. Turin təmsilçisi futbolçunun durumu ilə bağlı açıqlama verməyib.
Loading...
Yazının davamı reklamdan sonra
Ronaldunun sentyabrda DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda İrlandiya və Azərbaycanla matçda iştirakı sual altına düşüb. Portuqaliya millisinin heyəti avqustun 26-da açıqlanacaq.
Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya görüşü saat 20:00-da başlayacaq.