Top.Mail.Ru

İDMAN

“Neftçi” avstraliyalı hücumçu ilə razılıq əldə edib

“Neftçi” avstraliyalı futbolçu Nikita Rukavitsanı heyətinə qatıb.

Paytaxt təmsilçisinin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyevin “Report”a verdiyi məlumata görə, 34 yaşlı hücumçu ilə razılıq əldə edilib.

Rukavitsanın avqustun 26-da və ya 27-də Bakıya gələcəyi gözlənilir.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Nikita Rukavitsanın son klubu İsrailin “Makkabi” (Hayfa) komandası olub. Hazırda azad agent olan hücumçu ötən mövsüm Hayfa təmsilçisinin heyətində 22 oyuna 19 qol vurub. Forvard daha əvvəl Niderlandda “Tvente”, Almaniyada “Herta”, “Maynts” və “Frankfurt”un da şərəfini qoruyub.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button