Top.Mail.Ru

İDMAN

“Makkabi”nin müdafiəçisi: “Neftçi” ilə oyun bizim üçün çox vacibdir”

“Bu, həm bizim, həm də klub üçün vacib oyundur. Qrup mərhələsinə yüksəlmək üçün yaxşı imkanımız var”.

“Report”un məlumatına görə, bunu İsrailin “Makkabi” (Hayfa) klubunun futbolçusu Boqdan Planiç evdə “Neftçi”yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında deyib.

Serbiyalı müdafiəçi Bakıdakı birinci qarşılaşmanın ilk hissəsində yaxşı təsir bağışladıqlarını bildirib: “Ümid edirəm ki, cavab görüşündə də inamlı oynayacağıq və bu, qələbə üçün kifayət edəcək”.

Loading...
Yazının davamı reklamdan sonra

Uzun müddətdir avrokuboklarda oynamaqdıqlarını xatırladan 29 yaşlı futbolçu sindromu qırmaq üçün əla fürsət yaxaldıqlarını söyləyib: “Yaxşı kollektivimiz var. Yenidən tarix yaza bilərik. Hələ mövsümün əvvəlində öz aramızda bu barədə danışmışdıq. Beynəlxalq arenaya qayıtmağı çox istəyirik”.

Qeyd edək ki, avqustun 26-da “Sammi Ofer” stadionunda keçiriləcək “Makkabi” – “Neftçi” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk qarşılaşmada heç-heçə qeydə alınıb – 3:3.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button