Top.Mail.Ru

İDMAN

Konfrans Liqası: “Neftçi” və “Qarabağ” cavab oyunlarını keçirəcək

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən “Neftçi” və “Qarabağ” klubları bu gün pley-off mərhələsində cavab oyunlarını keçirəcəklər.

“Report”un məlumatına görə, “ağ-qaralar” İsraildə Hayfa “Makkabi”sinin, “köhlən atlar” isə Şotlandiyada “Aberdin”in qonağı olacaq.

Bakıdakı ilk qarşılaşmada rəqibi ilə 3:3 hesablı heç-heçə edən flaqman səfərdə qələbə qazanıb, qrupa düşməyə çalışacaq. “Sammi Ofer” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Matçı Şimali Makedoniyadan olan FIFA referisi Aleksandr Stavrev idarə edəcək. “Neftçi”nin heyətində Mamadu Mboc, Yusuf Laval və İsmayıl Zülfüqarlı cəzalı olduqları üçün meydana çıxmayacaq.

Loading...
Yazının davamı reklamdan sonra

“Qarabağ” isə Bakıda 1:0 hesabı ilə qalib gəldiyi “Aberdin”ə səfərdə ən azı uduzmamaq niyyətindədir. “Pittodri” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək oyunun baş hakimi avstriyalı Harald Lexner olacaq. Ağdam klubunda müdafiəçilər Bədavi Hüseynov, Rahil Məmmədov və Elvin Cəfərquliyev zədə səbəbindən oynamayacaqlar.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi, cavab oyunları

21:00. “Makkabi” (Hayfa, İsrail) – “Neftçi”

Hakimlər: Aleksandr Stavrev, Deyan Kostadinov, Qoçe Peterski, Deyan Yakimovski (Şimali Makedoniya)

Hayfa, “Sammi Ofer” stadionu

İlk oyun – 3:3.

22:45. “Aberdin” (Şotlandiya) – “Qarabağ”

Hakimlər: Harald Lexner, Andreas Haydenrayx, Maksimilian Kolbiç, Yulian Vaynberger (Avstriya)

Aberdin, “Pittodri” stadionu

İlk oyun – 0:1

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button