Top.Mail.Ru

İDMAN

İlqar Rəhimov: “Sevincimizin həddi-hüdudu yoxdur”

“Paralimpiya oyunlarının ikinci günüdür. Bu gün mübarizəyə qoşulan ilk idmançımız Pərvin Məmmədov bürünc medal qazandı”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov paurliftinqçi Pərvin Məmmədovun (49 kq) Tokio-2020 Yay Paralimpiya Oyunlarında 3-cü yeri tutması barədə danışarkən deyib.

O, idmançının çox gözəl çıxış etdiyini bildirib: “Azərbaycanı layiqincə təmsil etdi. Komandamızın ilk üzvü ölkəmizə medal qazandırdığı üçün sevincimizin həddi-hüdudu yoxdur. Ümid edirik ki, medalların həm əyar, həm də say üzrə davamı gələcək. Hamını təbrik edirəm. Bundan sonra bizdən yeni qələbələr gözləyin və var gücünüzlə dəstəkləyin”.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Pərvin Məmmədov 156 kq ağırlığın öhdəsindən gələrək, fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button