Top.Mail.Ru

İDMAN

Darren Maki: “Qarabağ”a qarşı oynaya biləcək istedadlı oyunçularımız var”

“Aberdin” qrup mərhələlərinə vəsiqə qazanmaq üçün çox gecikib. Bu gün hədəfə çatacaqlarına ümid edirəm”.

“Report”un məlumatına görə, bu fikirləri Şotlandiyanın “Aberdin” klubunun sabiq futbolçusu Darren Maki “Qarabağ”a qarşı keçirəcəkləri Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl “Eveningexpress”ə açıqlamasında deyib.

39 yaşlı keçmiş hücumçu Bakıdakı ilk matçda meydanın çox dəhşətli olduğunu bildirib: “Komanda məğlub olmasına baxmayaraq pis vəziyyətdən çıxa bilib. “Aberdin”in “Pittodri” stadionunda azarkeşlərlə xüsusi gecə keçirmək şansı var. Qrupa düşmək üçün “Qarabağ”ı məğlub etsələr, fanatları sevindirəcəklər. Komandada bu rəqibə qarşı oynaya biləcək istedadlı oyunçular var”.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, bu gün keçiriləcək “Aberdin” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk görüşdə “köhlən atlar” minimal hesablı qələbə qazanıb – 1:0.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button