Top.Mail.Ru

İDMAN

“Real Madrid”in aparıcı yarımmüdafiəçisi növbəti turda da oynamayacaq

İspaniyanın “Real Madrid” komandası İspaniya La Liqasının III turunda “Betis”lə oyuna itki ilə çıxacaq.

“Report” AS nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisinin futbolçusu Luka Modriç bu matçda da komandasına kömək edə bilməyəcək.

35 yaşlı yarımmüdafiəçi II turda “Levante” ilə 3:3 hesablı heç-heçə etdikləri görüşü də zədə səbəbindən buraxıb. Xorvatiyalı oyunçu hazırda fərdi məşq edir.

Loading...
Yazının davamı reklamdan sonra

Bundan əlavə, Mariano Dias və Marselo zədələrini sağaldıb və kollektivlə məşqlərə qoşulub.

Qeyd edək ki, sentyabrın 28-də keçiriləcək “Betis” – “Real Madrid” Bakı vaxtı ilə 24:00-da başlayacaq.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button