Top.Mail.Ru

İDMAN

Ronaldunun agenti “Mançester Siti” ilə anlaşıb, danışıqlar üçün Turinə gedib

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu karyerasını İngiltərədə davam etdirə bilər.

“Report” “Sky Sport”a istinadən xəbər verir ki, 36 yaşlı hücumçunun agenti Jorje Mendeş “Mançester Siti” ilə razılıq əldə edib.

O, portuqaliyalı oyunçunun keçidini müzakirə etmək üçün Turinə yollanıb. “Şəhərlilər” Ronaldunu pulsuz transfer etmək niyyətindədir. “Yuventus” isə öz növbəsində ən az 25 milyon avro təzminat tələb edir.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Kriştianu Ronaldunun “Yuventus”la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Hücumçu Turin klubuna 2018-ci ilin iyulunda “Real Madrid”dən 117 milyon avroya transfer olunub.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button