Top.Mail.Ru

İDMAN

Kristian Eriksenin həyatını xilas edənlər mükafatlandırılıblar

Danimarka millisinin kapitanı Simon Kyaer və həkimləri mükafatlandırılıblar.

“Report” xəbər verir ki, Avropa çempionatında Kopenhagendə Finlandiya yığmasına qarşı B qrupunun ilk oyununda (0:1) meydan sahiblərinin futbolçusu Kristian Eriksenin həyatını xilas edən şəxslərə UEFA Prezidenti Mükafatı verilib.

Mükafatı qitə futbol qurumunun rəhbəri Aleksander Çeferin təqdim edib.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiya ilə AVRO-2020-nin B qrupunun ilk görüşündə huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. O, 2010 – 2013-cü illərdə “Ayaks”ın formasını geyinib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button