Top.Mail.Ru

İDMAN

Çempionlar Liqası: Mövqelər üzrə ən yaxşılar bəlli olub

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün ən yaxşı hücumçusu açıqlanıb.

“Report”un məlumatına görə, bu ada Almaniyanın “Borussiya” (Dortmund) komandasından Erlinq Holann layiq görülüb.

20:56

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün ən yaxşı yarımmüdafiəçisi açıqlanıb.

Loading...
Yazının davamı reklamdan sonra

“Report”un məlumatına görə, kişi oyunçular arasında bu ada İngiltərənin “Çelsi” klubundan N Qolo Kante layiq görülüb.

Qadınlardan isə sözügedən mükafata İspaniya “Barselona”sından Alexie Putellas sahib çıxıb.

20:46

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün ən yaxşı müdafiəçiləri açıqlanıb.

“Report”un məlumatına görə, kişi oyunçular arasında bu ada İngiltərənin “Mançester Siti” klubundan Ruben Diaş layiq görülüb.

Qadınlardan isə sözügedən mükafata Fransa PSJ-sindən İrene Paredes sahib çıxıb.

20:34

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün ən yaxşı qapıçıları açıqlanıb.

“Report” xəbər verir ki, kişi oyunçular arasında bu ada İngiltərənin “Çelsi” klubunun qolkiperi Eduar Mendi layiq görülüb.

Qadınlardan isə sözügedən mükafata İspaniya “Barselona”sının qapıçısı Sandra Panyos sahib çıxıb.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button