İDMAN
Konfrans Liqası: “Makkabi” – “Neftçi” oyununda hesab açılıb

İsraildə “Makkabi” (Hayfa) və “Neftçi” komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ilk qol vurulub.
“Report”un məlumatına görə, 20-ci dəqiqədə meydan sahiblərinin futbolçusu San Menaçem hesabı açıb.
21:00
İsraildə “Makkabi” (Hayfa) və “Neftçi” komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.
Loading...
Yazının davamı reklamdan sonra
“Report”un İsrailə ezam olunmuş əməkdaşının məlumatına görə, “Sami Ofer” stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürüb. Görüşü Şimali Makedoniyadan olan FIFA referisi Aleksandr Stavrev idarə edir.
Qeyd edək ki, Bakıdakı ilk oyunda 3:3 hesablı heç-heçə qeydə alınıb.
Mənbə
KAİM.az