“Qarabağ” “Aberdin”lə oyunda ikinci qolu vurub

Şotlandiyada “Aberdin” və “Qarabağ” komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci qol vurulub.
“Report”un məlumatına görə, Ağdam təmsilçisi rəqibini növbəti dəfə mərkəzə dəvət edib.
18-ci dəqiqədə Kadi Borges hesab arasındakı fərqi artırıb – 2:0.
Şotlandiyada “Aberdin” və “Qarabağ” komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb.
“Report”un məlumatına görə, Ağdam təmsilçisinin səfərdə önə keçib. “Köhlən atlar”ın heyətində Toral Bayramov 8-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, Bakıdakı ilk matçda “Qarabağ” minimal hesablı qələbə qazanıb – 1:0.
Şotlandiyada “Aberdin” və “Qarabağ” komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.
“Report”un məlumatına görə,”Pittodri” stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürüb.
Görüşü avstriyalı Harald Lexnerin başçılıq etdiyi hakimlər briqadası idarə edir.
Qeyd edək ki, Bakıdakı ilk matçda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb – 1:0.
Mənbə
KAİM.az