Top.Mail.Ru

İDMAN

Tokio-2020: Azərbaycanın bayraqdarı və paracüdoçuları mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 6 idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizəyə start verəcək.

“Report”un məlumatına görə, növbəti yarış günündə ilk olaraq Raman Saleh 100 metr məsafəyə arxası üstə üzmə yarışında qüvvəsini sınayacaq.

Daha sonra 4 paracüdoçu tatamiyə çıxacaq. Kişilərin yarışında Vüqar Şirinli (60 kq) Henri Borges (Uruqvay) / Recep Çiftçi (Türkiyə), Namiq Abaslı Bannon İbanes (İspaniya) / Luis Peres (Puerto-Riko) cütünün qalibi ilə üz-üzə gələcək. Qadınlardan Şəhanə Hacıyeva (48 kq) yaponiyalı Şuzika Hanqainin Bəsti Səfərova (52 kq) isə onun həmyerlisi Yui Fucivaranın müqavimətini qırmağa çalışacaq.

Loading...
Yazının davamı reklamdan sonra

Son olaraq isə Azərbaycan komandasının bayraqdarı para-atlet Oloxan Musayev nüvə itələmə növündə mübarizə aparacaq.

Tokio-2020 Yay Paralimpiya Oyunları

Üzgüçülük

04:00. Start: Roman Saleh

Final: 12:00

Cüdo

Start: 05:30

Kişilər

60 kq

Vüqar Şirinli – Henri Borges (Uruqvay) / Recep Çiftçi (Türkiyə) cütünün qalibi

66 kq

Namiq Abaslı – Bannon İbanes (İspaniya) / Luis Peres (Puerto-Riko) cütünün qalibi

Qadınlar

48 kq

Şəhanə Hacıyeva – Şuzika Hanqai (Yaponiya)

52 kq

Bəsti Səfərova – Yui Fucivara (Yaponiya)

Atletika

Nüvə itələmə

14:00. Oloxan Musayev

Qeyd edək ki, daha əvvəl Azərbaycan komandasında daha əvvəl paurliftinqçi Pərvin Məmmədovun (49 kq) bürünc medal qazanıb.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button