Top.Mail.Ru

İDMAN

“Qarabağ”ın oyununda meydana azarkeş girib

Şotlandiyada “Aberdin” və “Qarabağ” komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda meydana azarkeş girib.

“Report”un məlumatına görə, hadisə 90+2-ci dəqiqədə Azərbaycan təmsilçisinin qapısına penalti təyin olunduğu vaxt baş verib. Fanatlardan biri Şahruddin Məhəmmədəliyevin qoruduğu qapının qarşısında duraraq, əllərini qaldırıb və azarkeşləri salamlayıb. Onu meydandan stüardlar çıxarıb.

Qeyd edək ki, görüşdən 3:1 hesablı qələbə ilə ayrılan “Qarabağ” Konfrans Liqasının qrup mərhələsinə yüksəlib.

Loading...
Yazının davamı reklamdan sonra



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button