Top.Mail.Ru

İDMAN

Konfrans Liqası: “Qarabağ”ın qrupdakı rəqibləri müəyyənləşəcək

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin püşkü atılacaq.

“Report”un məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın da rəqibləri bəlli olacaq. Tədbir Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

Komandalar püşkdən əvvəl səbətlərə bölünüb. Ağdam təmsilçisi II səbətdə yer alıb.

Loading...
Yazının davamı reklamdan sonra

I səbət: “Roma” (İtaliya), “Tottenhem” (İngiltərə), “Bazel” (İsveçrə), “Slaviya” (Praqa, Çexiya), “Kopenhagen” (Danimarka), “Gent” (Belçika), AZ (Niderland), LASK (Avstriya)

II səbət: “Feyenoord” (Niderland), “Qarabağ” (Azərbaycan), “Makkabi” (Təl-Əviv, İsrail), PAOK (Yunanıstan), “Renn” (Fransa), “Partizan” (Serbiya), CFR (Rumıniya), “Zarya” (Ukrayna),

III səbət: “Union Berlin” (Almaniya), “MOİK-Sofiya” (Bolqarıstan), “Vitess” (Niderland), “Slovan” (Bratislava, Slovakiya), “Yablonets” (Çexiya), “Alaşkert”. (Ermənistan), “Flora” (Estoniya), “Kayrat” (Qazaxıstan),

IV səbət: “Linkoln” (Cəbəllütariq), “Randers (Danimarka), “Anortosis”, “Omoniya” (hər ikisi Kipr), HİK (Finlandiya), “Makkabi” (Hayfa, İsrail), “Budyo Qlimt” (Norveç), “Mura” (Slovakiya)

Qeyd edək ki, Konfrans Liqasında ilk turun oyunları sentyabrın 16-da gerçəkləşəcək.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button