Top.Mail.Ru
İDMAN

Azərbaycanın paralimpiya çempionu: “Qələbəmi şəhidlərimizə həsr edirəm”

“Gənc yaşda paralimpiya çempionu olduğum üçün sevinirəm. Bu, mənə yuxu kimi gəlir”.

“Report”un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan paracüdoçusu Şahanə Hacıyeva deyib.

48 kq çəki dərəcəsində mübarizə aparan idmançı Tokioda Azərbaycan himnini səsləndirəcəyi üçün sevindiyini bildirib: “Axır ki, Tokioda bizim də himnimiz səslənəcək. Bu qələbəni müəllimlərimə, valideynlərimə və şəhidlərimizə həsr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ümid edirəm ki, komandamız bu uğurun davamını gətirəcək”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button