İDMAN
Vüqar Şirinli: “Məqsədim paralimpiya çempionu olmaq idi”

“Məqsədim çempion olmaq idi”.
“Report”un məlumatına görə, bunu Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan paracüdoçusu Vüqar Şirinli deyib.
60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Tokioda Azərbaycan bayrağını qaldırdığı üçün sevindiyini bildirib: “Mənim üçün ikiqat bayramdır. Vətən müharibəsində qələbə qazandıq, daha sonra isə mən paralimpiya çempionu oldum”.
Mənbə
KAİM.az