Top.Mail.Ru
İDMAN

Tokio-2020: Azərbaycan paralimpiyaçıları 5-ci medalı qazanıb

Azərbaycan paracüdoçusu Namiq Abaslı Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.

“Report”un məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda qarşılaşmada ukraynalı David Xorava ilə üz-üzə gəlib.

Rəqibini vazari xalı ilə üstələyən Abbaslı bürünc medal qazanıb.

Qeyd edək ki, bu gün digər paracüdoçular Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq) və üzgüçü Raman Saleh paralimpiya çempionu olub. Daha əvvəl Azərbaycan komandasında paurliftinqçi Pərvin Məmmədov (49 kq) bürünc medal qazanıb.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button