Top.Mail.Ru
İDMAN

Massimiliano Alleqri: “Ronaldu “Yuventus”da qalmaq istəmir”

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İtaliyanın “Yuventus” klubunu tərk etmək istəyir.

“Report”un məlumatına görə, bu barədə Turin komandasının baş məşqçisi Massimiliano Alleqri açıqlama verib.

“Mən dünən Kriştianu ilə danışdım. O, “Yuventus”da qalmaq niyyətində olmadığını bildirdi. Ronaldu bu gün səhər məşqində iştirak etməyib”, – deyə Alleqri vurğulayıb.

Qeyd edək ki, daha əvvəl İngiltərənin “Mançester Siti” klubunun Kriştianu Ronalduya 2 mövsümlük müqavilə qarşılığında illik 15 milyon avro maaş təklif etdiyinə dair xəbərlər yayılıb.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button