Top.Mail.Ru
İDMAN

Azərbaycanın üç para-cüdoçusu Tokio-2020-nin yarımfinalına vəsiqə qazanıb

Tokio-2020 Yay Paralimpiya Oyunlarında kişilər arasında (81kq) çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Hüseyn Rəhimli ilk görüşündə britaniyalı rəqibinə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Bu barədə “Report” Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, Hüseyn Rəhimli növbəti görüşündə koreyalı rəqibi Lee ilə qarşılaşacaq.

Qadınlar arasında 57 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Sevda Vəliyeva da ilk görüşündə qazaxıstanlı rəqibinə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Sevda Vəliyeva yarımfinalda türkiyəli rəqibi Zeynep Çelik ilə qarşılaşacaq.

Qadınlar arasında 63 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Xanım Hüseynova ilk görüşündə yapon rəqibindən üstün olaraq yarımfinala vəsiqə qazanıb. Xanım Hüseynova yarımfinalda çinli rəqibi Yue Wang ilə qarşılaşacaq.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button