Top.Mail.Ru
İDMAN

“Yuventus” Ronaldusuz ilk görüşündə öz meydanında uduzub

“Yuventus” komandası İtaliya A Seriyasının II tur matçında evdə “Empoli”yə minimal hesabla uduzub.

“Report”un məlumatına görə, bu, Kriştianu Ronaldunun İngiltərə “Mançester Yunayted”inə transferindən sonra Turin komandasının ilk oyunu olub. Yeganə topun müəllifi Leonardo Mankuzo olub. O, 21-ci dəqiqədə fərqlənib.

2 turdan sonra “Yuventus” 1 xala malikdir. “Empoli” üçün isə bu, ilk qələbə olub. Turnir cədvəlinə “Latsio” və “İnter” hərəyə 2 qələbə ilə başçılıq edir.

Qeyd edək ki, Kriştianu Ronaldu “Mançester Yunayted”ə 11 ildən sonra qayıdıb. O, ötən mövsüm 29 qolla A Seriyasının bombardiri olub.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button