Top.Mail.Ru
İDMAN

Tokio paralimpiadası iştirakçısının keçmişdə terrorçu olduğu məlum olub

İspaniyanı Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo təmsil edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı iflic idmançı keçmiş terrorçudur. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonun uzun müddətli aclıq aksiyası nəticəsində aşağı ətrafları iflic olub. O, həbs cəzası zamanı digər dustaq yoldaşları ilə birlikdə aclıq aksiyası keçirib. Aksiya 432 gün davam edib. O sağ qalan yeganə məhbus olub, Velozonu sonda yeməyə məcbur ediblər.

Aksiya nəticəsində Sebastyan Rodriqes Velozonun bəzi daxili orqanları da zədələnib. Velozo 1996-cı ilin əvvəlində həbsxanadan buraxılıb və üzgüçülüklə məşğul olmağa başlayıb.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button