İDMAN
Azərbaycanın para-atleti Səid Nəcəfzadə Tokio-2020-də bürünc medal qazanıb

Azərbaycanın atletika idman növü üzrə idmançısı Səid Nəcəfzadə Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizəyə uğurla başlayıb.
Bu barədə “Report” Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.
Belə ki, Səid Nəcəfzadə (T12 – uzunluğa tullama) növü üzrə 7.03 metr nəticə göstərərək bürünc medal qazanıb.
Atletika idman növü üzrə digər idmançımız Kamil Əliyev ( T12 – uzunluğa tullanma) növü üzrə 6.89 metr nəticə göstərərək, yarışı 5-ci yerdə tamamlayıb.
Mənbə
KAİM.az