Top.Mail.Ru
İDMAN

Lüksemburq millisinin futbolçusunda Azərbaycanla oyun öncəsi koronavirus aşkarlanıb

Lüksemburq milli komandasının 3 futbolçusu 2022-ci il dünya çempionatının qarşıdakı seçmə oyunlarında iştirak etməyəcək.

“Report”un məlumatına görə, Marvin Martins, Kris Filipps və Dioqo Pimentel baş məşqçi Lük Holtsun dəvətliləri siyahısından çıxarılıb.

Martins və Fillips zədə üzündən yığmaya kömək edə bilməyəcək. Milliyə ilk dəfə dəvət alan Pimentelin isə koronavirus testi müsbət nəticə verib.

Holts onların əvəzinə “Düdelanj”dan Rikardo Delqado və “Rasinq”dən Duayn Holteri çağırıb. Hər iki oyunçu sonuncu dəfə 2017-ci il noyabrın 9-da Macarıstanı 2:1 hesabı ilə yendikləri görüşdə iştirak ediblər.

Qeyd edək ki, Lüksemburq millisi sentyabrın 1-də Azərbaycan yığmasını qəbul edəcək. Lüksemburq Milli Arenasında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Sentyabrın 4-də Belqradda Serbiyaya qonaq olacaq “cırtdanlar” sentyabrın 7-də Qətəri yoldaşlıq görüşündə qəbul edəcək.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button