Top.Mail.Ru
İDMAN

“Qəbələ”nin futbolçusu millinin heyətindən çıxarılıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Rüfət Əhmədov Avropa çempionatının seçmə mərəhələsinin oyunları üçün açıqlanan heyətdən çıxarılıb.

“Report” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı müdafiəçi səhhəti ilə əlaqədar yığmadan kənarlaşdırılıb. Gənc oyunçu çarpaz bağlarındakı zədəyə görə Xorvatiya və Avstriya ilə matçları buraxacaq.

Qeyd edək ki, Milan Obradoviçin başçılıq etdiyi U-21 sentyabrın 2-də Xorvatiyanın, 5 gün sonra isə Avstriyanın qonağı olacaq.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button