Top.Mail.Ru
İDMAN

Tokio-2020: Azərbaycan komandası günü bir medalla başa vurub

Azərbaycanın daha 5 paralimpiyaçısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparıb.

“Report”un məlumatına görə, yarışın 6-cı günündə 3 atlet və 2 pauerliftinqçi qüvvəsini sınayıb.

Uzunluğa tullanma növündə Səid Nəcəfzadə 7,03 metrlik nəticə ilə bürünc medal qazanıb. Kamil Əliyev isə 6.89 metr nəticə göstərərək, yarışı 5-ci yerdə tamamlayıb.

Komandanın bayraqdarı Oloxan Musayev disk atma növündə çıxış edib. 37.92 metr nəticəyə imza atan idmançı paralimpiadanı 7-ci pillədə başa vurub. Musayev daha əvvəl nüvə itələmədə 5-ci yeri tutub.

Pauerliftinqçilərdən Elşən Hüseynov (107 kq) və Şamo Aslanovun (+107 kq) da çıxışları uğursuz alınıb. Hər iki idmançı yekunda 8-ci olub.

Qeyd edək ki, aktivində 9 qızıl və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 3 pillə geriləyərək, 10-cu sırada qərarlaşıb.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button