Azərbaycanın para-atletləri Tokio-2020-də finala vəsiqə qazanıb

Azərbaycan Milli Paralimpiya Komandasının atletika idman növü üzrə təmsilçisi Yelena Çebanu Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizəyə uğurla başlayıb.
Bu barədə “Report” Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Yelena Çebanu (T13) 100 metr kateqoriyasında 12:16 saniyəlik nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb.
Atletika idman növü üzrə təmsilçisi Yuliya Yanovskaya da (T13) 100 metr kateqoriyasında 12:41 saniyəlik nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb.
Eyni zamanda Azərbaycan Milli Paralimpiya Komandasının atletika idman növü üzrə təmsilçisi Lamiyə Vəliyeva da (T13) 100 metr kateqoriyasında 12:09 saniyəlik nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, hazırda aktivində 9 qızıl və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb.


Mənbə
KAİM.az