İDMAN
Tokio-2020: Paralimpiadada daha iki idmançı koronavirusa yoluxub

Tokio-2020 Yay Paralimpiya Oyunlarında koronavirusa yoluxanların sayı növbəti dəfə artıb.
“Report” yarışın Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, son 24 saat ərzində 16 nəfərin testi müsbət nəticələnib.
Onlardan 2-si idmançıdır.
Qeyd edək ki, Tokio paralimpiadası sentyabrın 5-də başa çatacaq.
Mənbə
KAİM.az