Top.Mail.Ru
İDMAN

“Qarabağ” – “Bazel” oyunu Respublika stadionunun yubileyində gerçəkləşəcək

“Qarabağ” və İsveçrənin “Bazel” komandaları arasındakı UEFA Konfrans Liqasının qrup mərhələsinin ilk tur matçı Tofiq Bəhramov adına Respublika stadionu üçün əlamətdar gündə gerçəkləşəcək.

Stadionun direktoru Şamil Quliyev “Report”a açıqlamasında sentyabrın 16-da mərkəzi arenanın rəsmən açılışının 70 illik yubileyinin olacağını bildirib. Quliyev “Qarabağ”ın həmin gün gözəl oyun sərgiləyərək, yubileyə öz töhfəsini verəcəyinə ümid etdiyini vurğulayıb.

Şamil Quliyev

Direktor 1951-ci il sentyabrın 16-dan indiyədək stadionda çox möhtəşəm tədbirlərin təşkil olunduğunu xatırladıb: “Bu arenada Bakı-2015 I Avropa Oyunları və Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları zamanı atletika yarışları, futbol üzrə Azərbaycan milli komandası və klublarımızın iştirakı ilə möhtəşəm futbol oyunları keçirilib. İndiyədək Respublika stadionuna kifayət qədər diqqət və qayğı göstərilib. Bu areyana ulu öndər Heydər Əliyev daim qayğı ilə yanaşıb. Möhtərəm Prezident İlham Əliyevin də diqqətini hər zaman hiss etməkdəyik. 70 illik yubiley münasibətilə də yəqin ki, müəyyən tədbirlər planlaşdırılır. Əlamətdar günü şərəflə qeyd etməyə stadionumuzun kollektivi də hazırlaşır”.

Qeyd edək ki, “Qarabağ” – “Bazel” görüşü saat 20:45-də başlanacaq.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button