Top.Mail.Ru
İDMAN

“Qəbələ”nin UEFA Gənclər Liqasındakı rəqibi bəlli olub

“Qəbələ” klubunun UEFA Gənclər Liqasının I mərhələsindəki rəqibi bəlli olub.

“Report”un məlumatına görə, “qırmızı qaralar” AZ (Niderland) komandası ilə qarşılaşacaq.

Əyalət təmsilçisi ilk oyununu sentyabrın 29-da evdə, cavab qarşılaşmasını isə oktyabrın 20-də səfərdə keçirəcək.

“Qəbələ” mərhələ adlayacağı təqdirdə “Csikszereda” (Rumıniya) – “Anje” (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək. Bu görüşlər 3-24 noyabrda gerçəkləşəcək.

Qeyd edək ki, 2020/2021 mövsümündə UEFA Gənclər Liqası koronavirus pandemiyası səbəbindən ləğv edilib. “Qəbələ” ilkin təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşmalı idi.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button