Top.Mail.Ru
İDMAN

Mahir Emreli: “Legiya”nın ən dəbli futbolçusu mənəm”

Polşa “Legiya”sının futbolçusu Mahir Emreli klubun yutub kanalında yayımlanan “Sual vaxtı” rubrikasının qonağı olub.

“Report”un məlumatına görə, Azərbaycan millisinin hücumçusu ona ünvanlanan suallara maraqlı cavabları ilə diqqət çəkib.

İtaliya “Milan”ının hücumçusu Zlatan İbrahimoviçi öz idealı hesab edən 24 yaşlı forvard onunla eyni komandada oynamaq istədiyini bildirib. O, indiyədək qarşılaşdığı ən məşhur şəxsin hazırda İspaniya “Real Madrid”ində çıxış edən belçikalı yarımmüdafiəçi Eden Azar olduğunu söyləyib.

Emreli “Legiya”nın ən dəbli futbolçusu kimdir” sualına “Mən” deyə cavab verib.

Azərbaycan mətbəxinin Polşadakından daha yaxşı olduğunu deyən futbolçu ən sevdiyi yeməyin adını da açıqlayıb.

Həmin videonu təqdim edirik.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button