Top.Mail.Ru
İDMAN

Tokio-2020: Azərbaycanın 3 paralimpiyaçısı qüvvəsini sınayacaq

Bu gün Azərbaycanın 3 təmsilçisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq.

“Report”un məlumatına görə, qadınların 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında Dana Şandıbina, kişilərdə isə Vəli İsrafilov qüvvəsini sınayacaq. Şandıbina Bakı vaxtı ilə saat 05:40-da təsnifatda, İsrafilov isə 06:03-də final mərhələsində mübarizəyə start verəcək.

Son olaraq para-atlet Elmir Cəbrayılov 400 metr məsafəyə qaçışda medal qazanmağa çalışacaq. O, Bakı vaxtı ilə saat 15:12-də start xəttinə yaxınlaşacaq.

Qeyd edək ki, hazırda aktivində 10 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb. Tokio paralimpiadası sentyabrın 5-də başa çatacaq.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button