İDMAN
“Barselona” və “Atletiko” Qrizmannın icarəyə götürülməsi barədə razılığa gəlib

“Barselona”nın fransalı hücumçusu Antuan Qrizmann “Atletiko”ya qayıdır.
“Report”un məlumatına görə, klublar arasında 30 yaşlı hücumçunun mövsüm üçün icarəyə götürülməsi ilə bağlı danışıqlara başlanılıb.
Daha əvvəl fransalı futbolçu madridlilərlə 2026-cı ilə qədər müqavilə bağlandığı bildirilmişdi.
Xatırladaq ki, 2019-cu ilin yayında “Barselona” Qrizmann üçün “Atletiko” ya 120 milyon avro ödəyib.
Mənbə
KAİM.az