Top.Mail.Ru
İDMAN

DÇ-2022: İtaliya və Almaniyadan darmadağın, İngiltərə qələbəni əldən verib

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VI tura yekun vurulub.

“Report”un məlumatına görə, son oyun günündə 5 qrupda 12 qarşılaşma baş tutub.

Günün ilk görüşü J qrupunda oynanılıb. Lixtenşteyni qəbul edən Ermənistan rəqibi ilə bacarmayıb – 1:1. Bu qrupun digər oyunlarında Almaniya səfərdə İslandiyanın qapısından 3 cavabsız top keçirib, Rumıniya isə Şimali Makedoniya ilə qolsuz heç-heçəyə razılaşıb.

B qrupunda İspaniya səfərdə Kosovonu məğlub edib. İsveç isə Yunanıstana uduzub. C qrupunda İtaliya evdə Litvanı darmadağın edib. İsveçrə isə səfərdə Şimali İrlandiyanın müqavimətini qıra bilməyib.

E qrupunda Belçika Rusiyanın Kazan şəhərində keçirilən matçda Belarusa çətinliklə qalib gəlib. Uels – Estoniya oyununda isə qalib müəyyənləşməyib. Gecənin maraqlı görüşlərindən biri I qrupunda olub. Polşa millisi doğma meydanda İngiltərə yığmasını sınağa çəkib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bu qrupun digər oyunlarında Macarıstan Andorranı, Albaniya isə San Marinonu yenib.

DÇ-2022, seçmə mərhələ

VI tur

8 sentyabr

B qrupu

22:45. Kosovo – İspaniya – 0:2

Qollar: Pablo Fornals, 32, Ferran Torres, 90

22:45. Yunanıstan – İsveç – 2:1

Qollar: Anastasios Bakasetas, 62, Vangelis Pavlidis, 78 – Robin Kvayson, 80

Xal durumu: İspaniya – 10 (5 oyuna), İsveç – 9 (3), Kosovo – 4 (4), Yunanıstan – 3 (3), Gürcüstan – 1 (5)

C qrupu

22:45. Şimali İrlandiya – İsveçrə – 0:0

22:45. İtaliya – Litva – 5:0

Qollar: Moyze Kin, 11; 29, Edqaras Utkus, 14 (avtoqol), Cakomo, Raspadori, 24, Covanni Di Lorentso, 54

Xal durumu: İtaliya 11 (5 oyuna), İsveçrə – 7 (3), Bolqarıstan – 5 (5), Şimali İrlandiya – 4 (3), Litva – 0 (4)

E qrupu

22:45. Belarus – Belçika – 0:1

Qol: Dennis Prat, 18

22:45. Uels – Estoniya – 0:0

Xal durumu: Belçika – 13 (5 oyuna), Çexiya – 7 (5), Uels – 6 (3), Belarus – 3 (4), Estoniya – 0:3

I qrupu

22:45. Macarıstan – Andorra – 2:1

Qollar: Adam Salai, 9 (penalti), Endre Botka, 18 – Maks Lyovera, 82

22:45. Albaniya – San Marino – 5:0

Qollar: Rey Manay, 32, Kyazim Lyaçi, 58, Armando Broya, 61, Elseid Hüsay, 68, Mürto Uzuni, 80

22:45. Polşa – İngiltərə – 1:1

Qollar: Karol Sviderski, 90+2 – Harri Keyn, 72

Xal durumu: İngiltərə – 15, Polşa – 10, Albaniya – 9, Macarıstan – 7, Anorra – 3, Andorra – 3, San Marino – 0

J qrupu

20:00. Ermənistan – Lixtenşteyn – 1:1

Qollar: Henrix Mxitaryan, 45+5 (penalti) – Noa Frik, 80

22:45. Şimali Makedoniya – Rumıniya – 0:0

22:45. İslandiya – Almaniya – 0:4

Qollar: Serj Qnabri, 4, Antonio Rudiger, 24, Leroy Sane, 56, Timo Verner, 89

Xal durumu – Almaniya, 12, Ermənistan – 11, Rumıniya – 9, Şimali Makedoniya – 8, İslandiya – 4, Lixtenşteyn – 1

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button