Top.Mail.Ru
İDMAN

Azərbaycan millisinin üzvü seçmə mərhələdə ən çox “seyv” edən üçüncü qapıçıdır

UEFA 2022-ci il dünya çempionatının seçmə mərhələsinin VI turunun oyunlarında sonra statistik göstəriciləri açıqlayıb.

“Reoprt”un məlumatına görə, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar sırasında yer alıb.

27 yaşlı qolkiper meydana çıxdığı 5 oyunda 29 qurtarışla yadda qalıb. O, hazırda bu nominasiyada üçüncü pillədə qərarlaşıb. San Marinodan Elia Benedettini 31 “seyv”lə birinci, Lixtenşteynin oyunçusu Benyamin Byuhel 30 qurtarışla ikinci sıradadır.

Qeyd edək ki, Azərbaycan millisi son olaraq Bakı Olimpiya Stadionunda Portuqaliyay 0:3 hesabı ilə uduzub.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button