Top.Mail.Ru
İDMAN

Almaniya yığmasının sabiq futbolçusu həbs edilə bilər

Fransanın “Lion” klubunun futbolçusu Jerom Boatenq 5 il müddətinə həbs oluna bilər.

“Report” Almaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi bu gün Münhen şəhərində məhkəmə qarşısına çıxacaq.

Boatenq 2018-ci ildə keçmiş həyat yoldaşına qarşı məişət zorakılığında ittiham olunur. Futbolçunun həmin qadını döydüyü iddia edilir.

Məhkəmə iclası ötən ilin dekabrında keçirilməli idi, lakin şahidlərdən birinin koronavirusa yoluxması ucbatından təxirə salınıb.

Qeyd edək ki, 2011-ci ildən “Bavariya”da çıxış edən Boatenq 2020/2021 mövsümünün sonunda klubdan ayrılıb. O, 2009 – 2019-cu illərdə Almaniya yığmasının formasını geyinib və 2014-cü ildə dünya çempionu olub.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button