Top.Mail.Ru
İDMAN

UEFA dopinqlə bağlı Qazaxıstan klubuna intizam işi açıb

UEFA antidopinq qaydalarını pozmaqda ittiham olunan Qazaxıstan millisinin və “Tobol”un futbolçusu Ruslan Valiullinlə bağlı intizam işi açıb.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, qitə futbol qurumu artıq məsələ barədə Kostanay təmsilçisini məlumatlandırıb.

Bildirilib ki, qadağan olunmuş maddələrin 27 yaşlı yarımmüdafiəçinin qanına necə keçməsini müəyyənləşdirmək üçün daxili yoxlama aparılır.

Təcrübəli oyunçudan dopinq testi Slovakiyada “Jilina” ilə Konfrans Liqasının III turunun cavab oyunundan sonra götürülüb. Analizin nəticəsi sentyabrın 2-də – futbolçu Qazaxıstan milli komandasının heyətində Finlandiyaya getdiyi vaxt onun şəxsi poçtuna göndərilib.

Qeyd edək ki, Ruslan Valiullin sentyabrın 1-də evdə Ukrayna ilə 2:2 hesablı heç-heçə etdikləri matçda meydanda olub. Yarımmüdafiəçi 74 və 90+6-cı dəqiqələrdə fərqlənməklə komandasını məğlubiyyətdən xilas edib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button