Top.Mail.Ru
İDMAN

“Fiorentina”nın futbolçusu: “Maçtlardan sonra pivə içirəm”

“Klubda bizim üçün xüsusi menyu hazırlayan şəxs var. Mən onun tövsiyə etdiklərini yeməyə çalışıram. Amma “fast food” və “McDonalds” yeməklərini də sevirəm”.

“Report”un məlumatına görə, bu fikirləri İtaliya “Fiorentina”sında çıxış edən rusiyalı futbolçu Aleksandr Kokorin klubun rəsmi saytına açıqlamasında deyib.

30 yaşlı hücumçu pivəni xoşladığını bildirib: “Amma digər spirtli içkiləri bəyənmirəm. Bəzən matçlardan sonra pivə içirəm. Arağı sevmirəm. Əcnəbilər rusların daha çox arağı xoşladığını düşünür. Amma belə deyil. Əlbəttə ki, arağı sevirsənsə, içirsən. Rus və ya italyan olmağın fərqi yoxdur. İtaliyada axşam yeməyində bir stəkan şərab içməyin normal olduğunu gördüm”.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button