Top.Mail.Ru
İDMAN

Kipr klubunun futbolçusu “Qarabağ”la oyunu buraxacaq

Kiprin “Omoniya” klubunun futbolçusu Miks Diskerud Konfrans Liqasının qrup mərhələsində Qazaxıstan “Kayrat”ı və “Qarabağ”la oyunları buraxacaq.

“Report” “Goal.philenews” nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi zədəli olduğu üçün sözügedən qarşılaşmalarda iştirak etməyəcək.

ABŞ yığmasının sabiq üzvü oktyabrın əvvəlinə kimi komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “Omoniya” sentyabrın 16-da “Kayrat”ın qonağı olacaq. Nikosiya təmsilçisi sentyabrın 30-da isə “Qarabağ”ı qəbul edəcək.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button