Top.Mail.Ru
İDMAN

UEFA Gənclər Liqası: “Qəbələ”nin oyunlarının vaxtı dəqiqləşib

“Qəbələ”nin UEFA Gənclər Liqasında 2021/22 mövsümünün I mərhələsindəki oyunlarının vaxtı dəqiqləşib.

“Report” “qırmızı-qaralar”ın rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Yolunda mübarizə aparacaq U-19 komandası Niderlandın AZ klubu ilə ilk görüşünü sentyabrın 29-də Qəbələ şəhər stadionunda keçirəcək. Qarşılaşma saat 17:00-da başlayacaq.

Cavab matçı oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Xatırladaq ki, bu cütün qalibinin növbəti raundda “Şikszereda” (Rumıniya) – “Anje” (Fransa) duelinin güclüsü ilə görüşəcək.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button