Top.Mail.Ru
İDMAN

Namiq Novruzov: “Azərbaycan II MDB Oyunlarına ev sahibliyi etsə, hər kəsi təəccübləndirəcək”

“MDB-yə üzv ölkələrin Bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığa dair Şurasının bugünkü iclası başa çatdı. Müxtəlif məsələlər və 2023-cü ildə II MDB Oyunlarının keçirilmə məsələsi müzakirə edildi”.

Bu fikirləri “Report”un Rusiyanın Kazan şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin rəisi Namiq Novruzov deyib.

O, Azərbaycanın yarışa ev sahibliyi etməklə bağlı namizədliyini irəli sürdüyünü xatırladıb: “Belaurus da öz namizədliyini açıqlayıb. Hesab edirik ki, ilin sonunadək məsələyə aydınlıq gələcək”.

Novruzov növbəti yarışın proqramına yeni idman növlərinin əlavə edilmə ehtimalına da toxunub: “Hazırkı reqlamentə görə, hansısa məhdudiyyət yoxdur. Bu kimi məsələlər ev sahibi bilinəndən sonra müzakirə olunacaq. Çalışacağıq ki, bizə yaxın idman növləri də proqramda yer alsın. Ölkəmizin böyük tədbirləri keçirmək üçün kifayət qədər təcrübəsi var. Bir çox hallarda bizdən müəyyən məsləhətlər istəyən ölkələr olub. Burada bəzi təşkilati və digər məsələlərə diqqət yetiririk. Hesab edirik ki, Azərbaycan II MDB Oyunlarına ev sahibliyi etsə, hər kəsi təəccübləndirəcək”.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button