Top.Mail.Ru
İDMAN

Fransa çempionatındakı qalmaqallı oyunla bağlı qərar açıqlanıb

Fransa Futbol Federasiyasının İntizam Komitəsi “Nitsa” və “Marsel” komandaları arasında kütləvi davaya görə yarımçıq dayandırılan Liqa 1-in III tur oyunu ilə bağlı cəzaları açıqlayıb.

“Report” xəbər verir ki, qərara əsasən, meydan sahiblərinin aktivindən 2 xal silinib. Nitsa təmsilçisi qarşıdakı 3 ev görüşünü neytral meydanda keçirəcək. Həmçinin qalmaqallı matç daha sonra açıqlanacaq tarixdə neytral stadionda yenidən oynanılacaq. Qarşılaşmaya azarkeş buraxılmayacaq.

Dava zamanı fanatlara su şüşəsi atan qonaq komandanın yarımmüdafiəçisi Dmitri Payet 1, münaqişədə iştirak edən komanda yoldaşı Alvaro Qonsalesə 2 oyunluq cəza verilib. Rəqib azarkeşlərinə fiziki təzyiq göstərən “Marsel”in fizioterapevti Pablo Fernandes isə cari mövsümün sonunadək ölkə çempionatı ilə bağlı heç bir tədbirə qatıla bilməyəcək.

Qeyd edək ki, “Nitsa” – “Marsel” matçı zamanı azarkeşlər kütləvi şəkildə meydana qaçıb və oyunçularla dalaşıblar. Münaqişə Payetə su şüşəsi atılması ilə başlayıb. Futbolçu butulkanı tribunaya geri atıb, bundan sonra hirsli fanatlar meydana girib. Nəticədə qarşılaşma yarımçıq dayandırılıb. Həmin vaxt “Nitsa” 1:0 hesabı ilə öndə olub.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button