Top.Mail.Ru
İDMAN

Messi Pelenin rekordunu təkrarlayıb

Futbol üzrə Argentina seçməsinin hücumçusu Lionel Messi dünya çempionatının seçmə mərhələsində Boliviya yığmasının qapısına qol vuraraq, Cənubi Amerikanın yığma komandalarının futbolçuları arasında qolların sayına görə Pelenin rekordunu təkrarlayıb.

Bu barədə “Report”a istinadən xəbər verir.

Hazırda Messinin Argentina yığmasının heyətindəki hesabında 77 qol var. Pele də Braziliya yığmasının heyətində bu qədər qol vurub.

Peleyə Messinin rekordunun təkrarlaması üçün 153 matç lazım olub. Amma braziliyalı ulduz futbolçu 91 görüşdə 77 qol vurub.

Qeyd edək ki, avqustun 10-da Fransanın “Pari Sen-Jermen” (PSJ) klubu Lionel Messi ilə müqavilənin imzalanmasını rəsmən elan edib. Razılaşma 2023-cü ilə qədər qüvvədədir.

Messi “Barselona”nın yetirməsidir. O ilk dəfə 2004-cü ildə əsas komandanın heyətində çıxış edib. Messi “Barselona” ilə birlikdə 35 titula sahib olub. Hücumçu altı dəfə “Qızıl top”a sahibi olub. O, ötən mövsümdə İspaniya çempionatının 35 matçında iştirak edərək 30 qol vurub və 9 məhsuldar ötürmə edib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button