Top.Mail.Ru
İDMAN

Rusiyada futbolçular referiyə hücum edərək xəsarət yetiriblər

Rusiyanın İrkutsk vilayətində həvəskar futbol komandaları arasında keçirilən açıq çempionatda insident baş verib.

“Report” xəbər verir ki, “Viktoriya” – “Paxtakor” matçında meydan sahiblərinin iki futbolçusu Bobomurod Allanazarov və Dilmurod Kaplanov görüşün baş hakimi Anton Rjenyevə fiziki təzyiq göstərib.

Matçın 85-ci dəqiqəsində əvvəlcə Allanazarov referiyə hücum çəkib. Ardınca isə Kaplanov davaya qarışıb, Rjenyevin baş və mədə nahiyyəsinə bir neçə zərbə endirib.

Hadisə ilə bağlı polisə müraciət edilib, araşdırma aparılır.

İrkutsk Futbol Federasiyası isə hər iki futbolçunu 3 il müddətinə diskvalifikasiya edib.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button