Top.Mail.Ru
İDMAN

Qus Hiddink karyerasını başa vurub

Niderland, Cənubi Koreya, Türkiyə və Rusiya yığmalarının sabiq baş məşqçisi Qus Hiddink karyerasını başa vurub.

“Report”un məlumatına görə, bu barədə 75 yaşlı mütəxəssis “Voetbal International” nəşrinə açıqlamasında deyib.

O, futbolla həmişəlik vidalaşdığını bildirib: “Koronavirus səbəbindən son vaxtlar aktiv fəaliyyətlə məşğul deyildim. Dik Advokat kimi etməyəcəyəm. Futboldan birdəfəlik gedirəm”.

Qeyd edək ki, son iş yeri Kurasao millisi olan niderlandlı mütəxəssis ölkəsində PSV, Türkiyədə “Fənərbağça”, İspaniyada “Valensiya”, “Real Madrid”, İngiltərədə “Çelsi” və Rusiyada “Anji” komandalarına da başçılıq edib.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button