Top.Mail.Ru
İDMAN

Blatter dünya çempionatının iki ildən bir keçirilməsinə qarşı çıxıb

FIFA-nın sabiq prezidenti Yozef Blatter dünya çempionatının 2 ildən bir keçirilməsi təklifinə münasibət bildirib.

“Report” xəbər verir ki, funksioner “REN TV”yə açıqlamasında buna qarşı olduğunu söyləyib.

Blatter bunu qorxulu ideya adlandırıb: “Beynəlxalq təqvimə görə bunu etmək olmaz. FIFA-nın yeni prezidentləri futbol barədə fərqli təsəvvürə malikdirlər. İllər ərzində yaradılanları korlamamaq üçün daha diqqətli olmalıyıq”.

Qeyd edək ki, sentyabrın əvvəlində FIFA-dan dünya çempionatının hər iki ildən bir keçirilə biləcəyini bildirilib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button