Top.Mail.Ru
İDMAN

“Bavariya” 16 yaşlı futbolçunu transfer edib

Almaniyanın “Bavariya” klubu yeni transferini açıqlayıb.

“Report” Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu Xorvatiyanın “Slaven Belupo” klubunun futbolçusu Lovro Zvonareki heyətinə qatıb.

16 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb. Zvonarek 2022-ci il iyulun 1-də “Bavariya”ya qoşulacaq.

Qeyd edək ki, Lovro Zvonarek “Slaven Belupo”nun yetirməsidir. O, əsas komandada 7 oyuna çıxıb və 1 qol vurub. Almaniya klubunun bu keçid üçün qarşı tərəfə 1,8 milyon avro ödədiyi iddia edilir.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button