Top.Mail.Ru
İDMAN

MDB Oyunları: Azərbaycanın daha bir karateçisi ermənini məğlub edib

Azərbaycan karateçisi Nuran Rzazadə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında ilk görüşünə çıxıb.

“Report”un Tatarıstan paytaxtına ezam olunan əməkdaşının məlumatına görə, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində Ermənistan təmsilçisi David Davtyanla qarşılaşıb.

Rəqibinə qalib gələn Rzazadə 1/4 finala yüksəlib.

Daha əvvəl Əminağa Quliyev 1/8 finalda ermənistanlı Geqam Nikoqosyanla dueldən qalib ayrııb.

14:47

Azərbaycan karateçisi Əminağa Quliyev Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında finala yüksəlib.

“Report”un Tatarıstan paytaxtına ezam olunan əməkdaşının məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda rusiyalı Georgi Burtsevə qalib gəlib.

O, 1/4 finalda qırğızıstanlı Alişer Sayakbayevdən güclü olub.

13:59

Azərbaycan karateçisi Əminağa Quliyev Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında ilk görüşünə çıxıb.

“Report”un Tatarıstan paytaxtına ezam olunan əməkdaşının məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində Ermənistan təmsilçisi Geqam Nikoqosyan ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Quliyev 1/4 finala yüksəlib.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button